Qazaxda rayonun
hüquq-mühafizə orqanlarının əməkdaşları Qarabağın işğaldan azad olunması
uğrunda aparılan Vətən müharibəsində şəhid olan rayon sakinlərinin ailələrini
mütəmadi olaraq ziyarət edir, qayğıları ilə maraqlanırlar.
Müqəddəs Qurban bayramı
ərəfəsində də Vətənimizin bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə
ucalan igid Vətən oğullarının ailələrinə baş çəkiblər.
Qazax RİH başçısı
aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, qazi kapitan Samir Çobanovun, rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etdiyi görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda
canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə
yaşayacağı qeyd olunub. Bu gün hər
birimizin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali
Baş Komandana, Vətən yolunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən
qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə borclu olduğumuz diqqətə
çatdırılıb. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc,
fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan
Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin, ruhları qarşısında bir ömür
boyu baş əydiyimiz bütün şəhidlərimizn heç vaxt unudulmayacağı söylənilib.
Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə
yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə
daim qayğı göstərməyin hər birimizin üzərinə düşən ən ümdə iş olduğu diqqətə
çatdırılıb.
Şəhərdə, eləcə də rayonun
İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qaymaqlı, Aslanbəyli, Orta Salahlı,
Daş Salahlı, Bala Çaylı, Çaylı, Fərəhli, Alpout, Dəmirçilər, Ürkməzli, Cəfərli,
Xanlıqlar, Ağköynək, Hüseynbəyli, Canalı kəndlərində şəhid ailələri ilə
görüşən, vətənpərvər igid övladlar böyütdükləri üçün şəhidlərimizin
valideynlərinə minnətdar olduqlarını bildirən hüquq-mühafizə orqanlarının əməkdaşları
gətirdikləri bayram sovqatını onlara təqdim ediblər.
Şəhid ailələri onlara göstərilən
diqqət və qayğıya görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər. İstər rayon rəhbərliyi, istərsə də rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri və əməkdaşları tərəfindən dövlətin qayğısını hər zaman
hiss etdiklərini, bu cür ziyarətlərin də məhz bu amala xidmət etdiyini vurğulayıblar.
Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci
Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun ailəsi
Ölümündən sonra "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına
görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə
görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər
Nəsibov Nicat Səməd oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi
xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini,
şəhid əsgər Həsənov Babək Saleh oğlunun ailəsi
Ölümündən
sonra "Qarabağ” ordeni, "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş, Birinci
Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ailəsi
Ölümündən
sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd
sakini, şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı
kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlunun ailəsi
Ölümündən sonra "Vətən
uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan
Pənahov Rövşən Mahmud oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Yuxarı Salahlı kənd sakini,
şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun ailəsi
Ölümündən
sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi
xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş,
Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə
görə”, "Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad
olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd
sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun ailəsi
Ölümündən sonra "Vətən
uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları
ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid (MAHHXHQ) çavuş Kərimov Kamil
Ələddin oğlunun ailəsi
Ölümündən sonra
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar
kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun ailəsi
GOYEZEN.AZ
Geri qayıt
|