Əsas Səhifə > Gənclər > Gənclər "ZəfərimİZ" layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüblər
Gənclər "ZəfərimİZ" layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüblər20-10-2021, 20:57 |
Oktyabrın 20-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "ZəfərimİZ" layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Tədbirdə "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Vətən müharibəsi iştirakçılarından - "Vətən uğrunda”,"Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Vətən müharibəsi qazisi, mayor Xəyyam Əliyev, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Vətən müharibəsi qazisi, leytenant Tural Vəliyev, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Vətən müharibəsi qazisi, leytenant Elvin Carçıyev, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Şücaətə görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı əsgər Fəqan Nəsibov, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları təltif olunmuş, Vətən müharibəsi iştirakçısı əsgər Elvin Nəsibli iştirak ediblər.
Qonaqlar görüşdə İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbə və döyüş yollarından bəhs ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışaraq illər ötsə belə həmin qəhrəmanlığın dillər əzbəri olacağını söyləyiblər. Çıxışlarda vurğulanıb ki, Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır. Səmimi söhbət əsasında keçən görüşdə Vətən müharibəsi iştirakçıları gənclərimizi maraqlandıran sualları da cavablandırıblar. Sonda müharibə qəhrəmanlarına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən Təşəkkürnamələr təqdim olunub. Məlumat üçün onu da qeyd edək ki, Elvin Nəsibli həm də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin könüllüsüdür.
GOYEZEN.AZ Geri qayıt |