• Təqvim

  • Maraq



20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir


Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvarından otuz il ötür. Xalqımız hər il 20 Yanvar gününü böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar hadisələri hər il silsilə tədbirlərlə anılır, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla yad olunur. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.

Növbəti anım tədbirləri Azərbaycan Respublikası Beynəlxalq Bankın Qazax filialında, "Kapital Bank” ASC-nin Qazax filialında, Aqrar Səhmdar Kredit Təşkilatının Qazax filialında, Qazax Dövlət Dram Teatrında, Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda keçirilib.

Anım tədbirlərində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

 

Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda keçirilən tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quluyeva və başqaları çıxış edərək 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisəsindən 30 il keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını, həmin faciənin ağrısı ilə yaşadığını, bu vəhşiliyi törədənlərə dərin nifrət bildirdiyini qeyd ediblər. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsini Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını bildiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını diqqətə çatdırıblar. Bildiriblər ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Çıxışlarda həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevin həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəlməsindən və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsindən, xalqımızın başına gətirilən müsibətin dünyaya çatdırmasından da söz açılıb. Qeyd olunub ki, Ulu Öndər bu hərəkəti ilə cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz yenə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra 1994-cü il martın 29-da dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.

 








GOYEZEN.AZ



Facebook-da paylaş