Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bütün
sahələrdə əsas götürülür ki, bu, dövlət siyasətinin əsasında vətəndaş amilinin,
vətəndaş məmnunluğunun dayanması deməkdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə
keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması,
vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış
keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq
verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar
onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi
və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon
rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir.
Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə,
müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur,
müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara
olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət
sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını,
dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas
götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində
görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən
10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 275 nəfər
vətəndaş qəbul edilib. Onlardan 117 nəfərin müraciəti müsbət həll olunub, 158
nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi
Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 106 nəfərin müxtəlif səpkili müraicəti
dinlənilib. Onlardan 55 nəfərin istəyi müsbət həll edilib, 51 nəfərə isə
qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional
Məşğulluq filialına həftə ərzində
114 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 19 nəfərin istəyi
müsbət həll edilib, 95 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu
üzrə Təhsil Sektoruna həftə ərzində 5
nəfər vətəndaş müraciət edib. 1 nəfərin arayışla bağlı istəyi müsbət həll
edilib, 4 nəfərin işlə təmin olunma ilə bağlı
müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya
Qovşağına telefon xəttinin çəkilməsi ilə bağlı müraciət etmiş 4 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb. "Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər
vətəndaşın işə qəbulla bağlı istəyi dinlənilib, cv hazırlanmasına və "Azərpoçt”
MMC-yə göndərilməsinə köməklik olunub. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal
Sahəsinə müraciət etmiş 5 nəfər vətəndaşdan 2 nəfərin su xəttində baş vermiş qəza, 3 nəfərin abonent olmaq barədə müraciəti müsbət həll edilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfərin subsidiyanın köçməməsi barədə müraciəti
dinlənilərək ona qanunamüvafiq izahat verilib. Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində 7 nəfər vətəndaş müayinə və xəstəlikə
bağlı müraciət edib ki, istəkləri təmin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 29 nəfər vətəndaş müraciət edib.
Onlardan 17 nəfər xəstəliklə, 5 nəfər arayışla, 3 nəfər imtiyazlı qrupa aid
dərmanlar və əlilliklə, 4 nəfər işə qəbulla bağlı müraciət etdiyini bildirib.
23 nəfərin müraciəti yerində həll edilib, 6 nəfərin müraciəti isə qanunamüvafiq
qaydada cavablandırılıb. Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət
Sahəsinə qazın təzyiqinin zəif
olması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borc barədə 3 nəfər
vətəndaş müraciət edib. Onlardan 2 nəfərin müraciəti müsbət həllini tapıb, 1
nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə
dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti
təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin
etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon
rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və
xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün
bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı
dayanır. GOYEZEN.AZ
Facebook-da paylaş