Əsas Səhifə > Rəsmi > Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib
Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib9-07-2022, 12:01 |
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bütün sahələrdə əsas götürülür ki, bu, dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması deməkdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 275 nəfər vətəndaş qəbul edilib. Onlardan 117 nəfərin müraciəti müsbət həll olunub, 158 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 106 nəfərin müxtəlif səpkili müraicəti dinlənilib. Onlardan 55 nəfərin istəyi müsbət həll edilib, 51 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 114 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 19 nəfərin istəyi müsbət həll edilib, 95 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 5 nəfər vətəndaş müraciət edib. 1 nəfərin arayışla bağlı istəyi müsbət həll edilib, 4 nəfərin işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına telefon xəttinin çəkilməsi ilə bağlı müraciət etmiş 4 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb. "Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın işə qəbulla bağlı istəyi dinlənilib, cv hazırlanmasına və "Azərpoçt” MMC-yə göndərilməsinə köməklik olunub. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfər vətəndaşdan 2 nəfərin su xəttində baş vermiş qəza, 3 nəfərin abonent olmaq barədə müraciəti müsbət həll edilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfərin subsidiyanın köçməməsi barədə müraciəti dinlənilərək ona qanunamüvafiq izahat verilib. Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində 7 nəfər vətəndaş müayinə və xəstəlikə bağlı müraciət edib ki, istəkləri təmin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 29 nəfər vətəndaş müraciət edib. Onlardan 17 nəfər xəstəliklə, 5 nəfər arayışla, 3 nəfər imtiyazlı qrupa aid dərmanlar və əlilliklə, 4 nəfər işə qəbulla bağlı müraciət etdiyini bildirib. 23 nəfərin müraciəti yerində həll edilib, 6 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə qazın təzyiqinin zəif olması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borc barədə 3 nəfər vətəndaş müraciət edib. Onlardan 2 nəfərin müraciəti müsbət həllini tapıb, 1 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. GOYEZEN.AZ Geri qayıt |