“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı birincilər sırasındadır
QAZAX RESPUBLİKA MƏTBUATINDA
Ölkədə yaradılan iri kəndli-fermer təsərrüfatları ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayır. 2016-cı il oktyabr ayının 19-da Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayan Qazaxdakı "Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında qazanılan uğurlar buna misal ola bilər. Fəaliyyətə başlamasından az vaxt keçməsinə baxmayaraq, təsərrüfatın uğurları çoxdur.
412 hektarda taxıl, 212 hektarda kartof yetişdirən təsərrüfatın əkin sahələri əsasən əhalinin pay torpaqlarından ibarətdir. Uzun illər dəmyə şəraitində olan bu sahələrdə məhsul yetişdirmək çətin olub. Səpilən toxum bəzən heç cücərməyib. Nəticədə insanların əli işdən soyumuş və torpaqlar istifadəsiz qalmışdır. Elə buna görə də kəndlilər həmin torpaqları icarəyə verməyi qərara alıblar. Budur, vaxtilə daş-kəsəkdən ibarət olan bu düzlər indi yaşıl örpəyə bürünüb. Təsərrüfatda əkin-səpin üçün lazım olan qədər texnika var. Burada kartof, soğan, yerkökü və digər tərəvəz məhsullarının əkilməsi, yığılması, təmizlənməsi və çeşidlənməsi üçün müasir texnologiyalara əsaslanan istehsal sahəsi yaradılıb. Məhsulun, eləcə də gübrə və dərmanların saxlanması üçün iki anbar inşa edilib. Əkinin aparılması və məhsulun yığılması üçün 5 "Belarus” traktoru, 2 qoşqu lafeti, 2 taxılsəpən və əkin işləri ilə bağlı 6 texnika alınıb.
Hazırda kollektiv kartof əkini ilə məşğuldur. Əkinçilər havaların əlverişli keçməsindən istifadə edərək əkini optimal müddətdə başa çatdırmağı qarşılarına məqsəd qoyublar. Əvvəlcədən görülən hazırlıq işlərinin nəticəsidir ki, əkin problemsiz davam edir və gün ərzində nəzərdə tutulduğundan çox kartof toxumu basdırılır.
Kollektiv bu il 250 hektar sahədə kartof yetişdirməyi nəzərdə tutmuşdur. Əkilən kartof əsasən məhsuldar "Melodiya”, "Marabel”, "Aqriya”, "Nataşa” və "Orkestra” sortlarıdır. Əkinin aqrotexniki qaydalarla əkilməsinə ciddi nəzarət edilir.
Təsərrüfatda istehsal olunan kartofun bir hissəsi toxum kimi istifadə edilir. Keyfiyyətli toxum əldə etmək üçün burada yaradılmış laboratoriya və çeşidləmə qurğularından istifadə olunur. Hazırda istehsal olunan məhsulun saxlanması üçün 5 min tonluq soyuducu anbarın tikintisinə də hazırlıq işləri görülür.
Qeyd edək ki, təsərrüfatda çalışan 50 nəfərədək işçinin yarısı kartofçuluqla məşğuldur. Onların işə rahat gəlib-getməsi üçün xüsusi nəqliyyat vasitəsi ayrılmışdır. Bundan başqa, işçilər gündə bir dəfə pulsuz yeməklə təmin olunurlar.

S.YUNİSOĞLU,
"Azərbaycan” qəzeti
15 may 2018-ci il
"Azərbaycan” qəzeti
15 may 2018-ci il
Facebook-da paylaş