• Təqvim

  • Maraq



“Milli həmrəyliyimizin rəmzi - Novruz bayramı” başlıqlı bayram şənliyi keçirilib


Martın 17-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə “Milli həmrəyliyimizin rəmzi - Novruz bayramı” başlıqlı bayram şənliyi keçirilib.

Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Vüsalə Nəsibova, dərnək rəhbərləri, dərnək üzvləri və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət milli adət-ənənələrimizi, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən kompozisiya nümayiş etdirilib, Novruza həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. 

Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq mədəni dəyərləri, xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruzun gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. C.Hüseynova Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, dahi siyasətçi Heydər Əliyev bütün qəlbi, ruhu, varlığı ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı tarixi şəxsiyyət idi. Hər birimiz yaxşı xatırlayırıq ki, Ulu Öndər hələ sağlığında bu əziz bayramda xalqın arasında olmaqdan sonsuz qürur hissi duyurdu. Təntənəli tədbirlərdə iştirak edir, sadə insanlarla söhbət edirdi. Həmin sevincli anlarında qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüşməkdən xüsusi zövq alırdı. Tarixin müəyyən dövrlərində Novruz bayramını qeyd etmək üçün xalqımıza qadağalar qoyulsa da  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu Öndər hər cür siyasi ideoloji maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün əlindən gələn hər şeyi etdi. İctimai şüurdakı qorxunu aradan qaldırdı. Xalqı gələcək mənəvi yüksəkliklərə ruhlandırdı. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür. Artıq  bayram tonqalları azad edilmiş Qarabağ torpağında qalanır.  2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində bayram tonqalı qalanır, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması, bütövlükdə, həm Qarabağda, həm Şərqi Zəngəzurda planlı şəkildə quruculuq, abadlıq işləri həyata keçirilir.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Vüsalə Nəsibova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, indi dövlətimizin lideri Azərbaycan xalqına Novruz təbriklərini doğma Qarabağ diyarından çatdırır. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və igid, qəhrəman Vətən oğullarımızın şücaəti sayəsində biz doğma torpaqlarımıza qayıtmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi, düşmən xalqımızın gücünün, dövlətimizin qüdrətinin bir daha şahidi oldu. Bu gün Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdırlar, əzəli və əbədi Azərbaycan torpaqlarında həyat canlanır, bayram tonqalları yandırılır, bayram süfrələri açılır. Ərazi bütövlüyümüz tam təmin edilib, suverenliyimiz bərpa olunub, xalqımız xoşbəxt, firavan həyat sürür. Buna görə dövlətimizin gücünə, dövlət başçımızın dəmir yumruğuna, siyasi iradəsinə, gələcəyə ölçülüb biçilmiş siyasətinə minnətdarıq.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Fəridə Kazımlı, Antonina Cəfərova, Aysun Xəlilova, Ləman Xəlilova, Ayan Hüseyinli, Ayan Mahmudova, Ayan Nəsibli, Rima Əfəndiyeva, Aylin Abdullayeva, Şəhribanu Mustafayeva, Sənan Mehdiyev, Əli Səmədli, Banu Səmədli, Fatimə Hüseyinli, Əsmanur İsmayılova, Sevil İsmayılova, Hikmət Ocaqverdi, Xalid Xalidşahov, Aysel Alızadə, Zəhra Nəbili, Fatimə Nəbili, Ləman Həsənli, Zəhra Abdullayeva, Gülay Bağırova, Sevda Əsgərova, Səbinə Əsgərova, Güllər Əsgərova, Aliyə Əsgərova, Fidan Süleymanlı, Səma Yusubova, Mədinə Əfəndiyeva, Ayan Qurbanova, Dərya Nəsibova baharın gəlişindən xəbər verən xoş ovqatlı kompozisiya və rəqslərlə tədbiri davam etdiriblər. 

Sonda tədbirlərdə fərqlənən şagirdlərə Fəxri Fərmanlar təqdim olunub. 



Facebook-da paylaş