• Təqvim

  • Maraq



Qazaxda 18 May – Beynəlxalq Muzeylər Günü qeyd olunub


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı aparatının işçiləri və fəalları 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Qazax Tarix–Diyarşünaslıq Muzeyini, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin Xatirə Muzeyini ziyarət ediblər. 

Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş müqəddəs şəhidlərimizə həsr olunmuş guşələrə, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələrinə baxıblar. M.P.Vaqif və M.V.Vidadinin həyat və yaradıcılığını əks etdirən fotolarla, XVIII əsrə aid məişət, bəzək əşyaları, paltarlarla, silahlarla, tablolarla və s. tanış olublar.


Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıb. A.Nəbiyev bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı da məhz, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və milli-mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə tarixi şəxsiyyətlərin memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. A.Nəbiyev Ümummilli Lider tərəfindən əsası qoyulmuş muzey işinin inkişafı üzrə siyasətin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.



Facebook-da paylaş