• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi məqsədilə mühazirələr oxunur


2024-cü ilin yanvar-mart aylarında Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində və rayonun orta ümumtəhsil məktəblərində - Qazax rayon Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbdə, Qazax rayon Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbdə, Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Qazax şəhər M.Hüseyn adına Humanitar və Təbiət Fənləri üzrə Məktəb-Liseydə, Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbdə, Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, zəngin irsinin təbliği məqsədilə tələbə və yuxarı sinif şagirdlərinə mühazirələr oxunub. Mərkəzin əməkdaşları tərəfindən “Böyük ömrün Naxçıvan səhifələri”, “Qurucu və xilaskar dövlət xadimi”, “Gələcəyə hesablanmış uğurlu gənclər siyasəti”, “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev ideyalarının uğurlu davamı”, “Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhtəşəm qələbələrə doğru inamla irəliləyir”, “Azərbaycan tarixinin Heydər Əliyev dövrü”, “Müstəqilliyimizin əvəzsiz lideri”, “Vətənə, dövlətə xidmət nümunəsi” mövzusunda oxunan mühazirələrdə Ulu Öndərin həyat və fəaliyyətinə, misilsiz xidmətlərinə bir daha nəzər yetirilib.

Mühazirələrdə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasında müstəsna xidmətlərindən bəhs edilib. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin hər iki dövründə dövlətə, xalqa xidməti ilə yaddaşlara həkk olunub. Ulu Öndər Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatda islahatlar aparmaq, xalqın sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək üçün nəhəng planlar hazırlayaraq onları uğurla həyata keçirmişdir. Ümummilli Lider Moskvada rəhbər vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmiş, Vətəninə, xalqına böyük bir məhəbbətlə xidmət etmişdir. Milli dövlətçiliyimizin bərpası istiqamətində Naxçıvandan başlanan qəti addımlar müstəqillik yolunun başlanğıcı olmuş, həmçinin, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafı istiqamətində müstəsna xidmətlər göstərmişdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olmuş, böhrana son qoyulmuş, ölkədə sabitlik, inkişaf dövrü başlamışdır. Ordu quruculuğu istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, ordu elmi əsaslarla yenidən qurulmuşdur. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Mühazirələrdə həmçinin bildirilib ki, Ulu Öndər siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin və xalqımızın taleyində uğurlar, nailiyyətlər əldə olunub, ərazi bütövlüyümüz təmin edilib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslər tədris ilinin sonunadək davam etdiriləcəkdir.



Facebook-da paylaş