• Təqvim

  • Maraq



“Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhtəşəm qələbələrə doğru inamla addımlayır”


Fevralın 21-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhtəşəm qələbələrə doğru inamla addımlayır” mövzusunda mühazirə oxunub. 

Kollecin tələbələrinin iştirakı ilə təşkil edilmiş toplantını Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva açaraq qonaqları və iştirakçıları salamlayıb, görüşün əhəmiyyətində söz açıb. E.Əfəndiyeva qeyd edib ki, Azərbaycan dahi şəxsiyyətin yaratdığı möhkəm təməl əsasında inkişaf edib. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə dövlətə, xalqa xidməti ilə yaddaşlara həkk olunub. Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün bütün imkanlardan istifadə etmişdir. Dahi şəxsiyyət fəaliyyəti ilə Azərbaycanın möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider böyük Vətən, xalq sevgisi nümayiş etdirərək yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin dağıdılması prosesinin qarşısını aldı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə uğrayan iqtisadiyyatı tədricən dirçəltdi. Bu gün Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin siyasi irsi sayəsində Azərbaycan dünyada özünə layiqli yer tutaraq tarixi nailiyyətlərə imza atır.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Ümummilli Liderin xidmətlərinin ən mühüm tərkib hissəsi 2003-cü ildə xalqa tarixi müraciəti oldu. 2003-cü ildən başlanan yol yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirdi. Belə ki, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. C.Hüseynova qeyd edib ki, 2003-cü il 15 oktyabrda Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində seçilmiş 76 %-dən çoxunun səsini toplayaraq Prezident seçilib, oktyabrın 31-dən vəsifəsinin icrasına başlayıb. 2008, 2013, 2018-ci illərdə xalqın böyük inamı və etibarı əsasında Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinə davam edib. Bütün bu illər Vətəninə, xalqına, dövlətinə və dövlətçiliyə sadiq, Ulu Öndərin siyasi kursuna layiq davamçılıq və ölkənin inkişafının yeni mərhələsi kimi tariximizin ən möhtəşəm səhifələri olub. Ötən 20 ildən çox dövr ölkəmizin və xalqımızın taleyində uğurlar, nailiyyətlərlə dolu inkişaf, tərəqqi, əmin-amanlıq və sabitliklə yanaşı, infrastruktur quruculuğu, uğurlu xarici diplomatiya, sosial-iqtisadi layihələr, dünyaya səs salan beynəlxalq mədəni, və idman mühiti, qlobal problemlərdən az itki ilə çıxış, eyni zamanda möhtəşəm qələbə və Qarabağa qayıdış, Qarabağın yenidən qurulması ilə yadda qaldı. Və sonda qalib xalqın növbəti qələbəsi – Qalib liderin 92 %-lə yenidən prezident seçilməsi. Bununla ölkəmizdə xalq-iqtidar birliyinin ən yüksək təzahürü öz sübutunu tapdı.



Facebook-da paylaş