Qazaxda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Qan yaddaşımız" adlı tədbir keçirilib
1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib. Bu gün qürurla deyə bilərik ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Ölkəmizin tarixində unudulmaz səhifələrdən olan 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 20 Yanvar faciəsinin 34-cü ildönümü silsilə tədbirlərlə qeyd edilib.
Yanvarın 18-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin və Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Qan yaddaşımız" adlı tədbir keçirilib.
Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbir məktəb müəllimlərinin ifalarında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonrə tədbir müəllim və şagirdlərin hazırladıqları kompozisiyalarla davam etdirilib.
Facebook-da paylaş