• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi” başlıqlı tədbir keçirilib


Dekabrın 11-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Azərbaycanın özü qədər əbədi” başlıqlı tədbir keçirilib.

İlk olaraq tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin uğurlu siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.



Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. C.Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyev şəxsiyyəti hər zaman Azərbaycanın bu gününə və gələcəyinə işıq salıb. Xalqımızın qəlbində daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanan Ulu Öndər bütün həyatı boyu xalqımızın rifahını düşünüb, bu amal uğrunda yorulmaz fəaliyyət göstərib. Azərbaycanın xoşbəxt gələcəyi naminə dövlətçilik tariximizdə özünün müstəsna yerini müəyyənləşdirib. Bu gün xalqımız dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla anır. Ulu Öndərin dövlətçiliyimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycan var olduqca xatırlanacaqdır.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək bildirib ki, XX əsrin ikinci yarı­sında Azərbaycan səhiyyəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin sayəsində respub­likamızda səhiyyənin hərtərəfli inkişafı üçün bütün mümkün tədbirlər hə­yata keçirilmişdir. Müstəqil Azərbaycanın ilk illərində yaranmış çətinliklər səhiyyəyə də öz təsirini göstərmişdir. Yalnız Heydər Əliyevin ölkə rəh­bərliyinə qayıdışından sonra həyata ke­çirilən sosial islahatlar səhiyyə sahəsində də tənəzzülə son qoymuşdur. Ulu Öndər Heydər Əliyev ölkə əhalisinin sağlamlağının qorunmasını və bu istiqamətdə tibbi xid­mətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Həmin dövrdən yeni, müasir standartlara uyğun səhiyyə obyektləri inşa edilmiş, mövcud tibbi müəs­sisələrinin yenidən qurulmasına başla­nılmış və tibb müəssisələrin maddi-texniki ba­zası da möhkəmləndirilmişdir. Bu gün Azərbaycan səhiyyəsi dina­mik inkişaf yolundadır. Müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu gün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər əhalinin sağlamlığının qorunmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin İnzibati məsələlər üzrə müavini Etibar Sarıyev Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. E.Sarıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai, sosial, iqtisadi, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Dahi rəhbərin verdiyi müdrik qərarlar, atdığı qəti addımlar sayəsində cəmiyyətimiz inkişafa qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın inkişafını təmin etməklə yanaşı, gələcəyə doğru inamla irəliləməsinə əsaslı zəmin yaratdı. Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində özünə layiqli yer tutur. Azərbaycan bundan sonra daim inkişaf edəcək, öz nüfuzunu, qüdrətini daha da möhkəmləndirəcək.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Hemodializ Şöbəsinin müdiri Cahanə Xasməmmədova çıxış edərək bildirib ki, bu gün Azərbaycan Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində əmin addımlarla irəliləməkdədir. Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri böyükdür. Ən böyük xidməti isə müstəqil Azərbaycanı daha da inkişaf etdirəcək, yeni zirvələr fəth etdirəcək siyasi varisin yetişdirilməsi oldu. Bu gün İlham Əliyevin uğurlu diplomatiyası ilə ölkəmiz güclü, qalib və lider dövlətdir.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri Nəzrin Əliyeva Ulu Öndərin Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən danışıb. N.Əliyeva bildirib ki, Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində səhiyyə sahəsində islahatlar həyata keçirildi, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görüldü, ölkəmizdə yeni tibb müəssisələrinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, vətəndaşlara ən müasir standartlara uyğun tibbi xidmətlərin göstərilməsi prosesi ən yüksək səviyyədə öz həllini tapdı. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ulu Öndər siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin səhiyyəmizə göstərdiyi diqqət və qayğının nəticəsində səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, tibb işçilərinin ixtisas səviyyəsi artırılır, bu sahədə səmərəli dövlət proqramları reallaşdırılır.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Xəstə Xidmətləri şöbəsinin koordinasiya bölməsinin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssisi Əli Nağdalıyev Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Ə.Nağdalıyev qeyd edib ki, dövlətimiz qazilərə və şəhid ailələrinə hər zaman həssaslıqla yanaşıb, canı bahasına Vətənin keşiyində duran hərbçilərimizdən diqqət və qayğısını heç zaman əsirgəməyib.




Facebook-da paylaş