• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir


“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Dərslərdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Aidə Əliyeva, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Məlahət Abdullayeva, İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Aytac Veyisli, Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elşən Məhərrəmov, Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin tarix müəllimi Gülarə Musəvi və adı çəkilən məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.

“Heydər Əliyev və Azərbaycançılıq”, “Müstəqilliyimizin xilaskarı”, “Müasir Azərbaycan dövlətinin banisi”, “Müstəqilliyin əvəzsiz lideri”, “Əsrin lideri” başlıqlı dərslərdə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın müstəqillik tarixindəki əvəzsiz xidmətlərindən danışılıb. Azərbaycanın ictimai-siyasi həyatına ciddi dərəcədə öz müsbət təsirini göstərmiş sosial islahatlardan, uğurlu neft diplomatiyasından, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edən daxili və xarici siyasətindən, dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasətindən, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yönələn zəngin siyasi irsindən  bəhs edən mühazirələr oxunub. 

Dərslərin sonunda mövzu ətrafında sual-cavab aparılıb.  



Facebook-da paylaş