• Təqvim

  • Maraq



“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” silsiləsindən növbəti mühazirə oxunub


Oktyabrın 3-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” silsiləsindən “Ey müzəffər ordum eşq olsun sənə, Sən öz savaşında tarix yaratdın!” mövzusunda mühazirə oxunub.

Mühazirədə Kollecin müəllimi Türkan Allahverdiyeva, tələbələr və Mərkəzin əməkdaşları iştirak edib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, 1993-cü ildə ölkədə baş verən siyasi hərc-mərclik, iqtisadi böhran, ölkənin məhv olmaq təhlükəsi ilə üz-üzə qalması ermənilərin hərbi təcavüzlərinin gücləndirilməsinə daha da şərait yaratdı. Belə bir ağır vəziyyətdə xalqın qurtuluşu dahi siyasətçi Ümummilli Lider Heydər Əliyevin ölkənin və xalqın imdadına çatması, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı təkcə ölkənin, xalqın, millətin deyil, ümumilikdə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili xarici siyasət aparmaq, ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması,  iqtisadiyyatın bərpası, ölkənin yaxın onilliklər ərzində inkişafını təmin edəcək starteji neft islahatının aparılması və millətin bir amal-Azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə vəsilə oldu. Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan oldu. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror əməliyyatları ilə düşmən bir daha dəmir yumruğun gücünü gördü. Bu Azərbaycanın növbəti qələbəsinin təntənəsi idi.



Facebook-da paylaş