• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir


Əbədiyaşar lider Heydər Əliyev ideyaları müasir Azərbaycan tarixinin real gerçəkliyi, inkişafımızın təməl daşı olaraq hər bir azərbaycanlının qəlbində özünə əbədi məşəl yandırmışdır. Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində özünəməxsus imzası və xidmətləri olan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət göstərir. Azərbaycan dinamik iqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Bu gün dünyanın hər yerində bütün azərbaycanlılar böyük fəxarət və qürurla öz dahi oğlunun - Heydər Əliyevin 100 illik yubileyini böyük sevinclə qarşılamağa hazırlaşır və dahi insanın xatirəsini yüksək ehtiram hissi ilə əziz tuturlar. 

Bu il həm də ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Qədirbilən xalqımız dahi insanın 100 illik yubileyini Onun adı ilə bağlı olan bir ildə böyük hörmətlə, ehtiramla qeyd edir, bu istiqamətdə ölkənin hər yerində silsilə tədbirlər həyata keçirilir.

Dahi şəxsiyyətin, fenomenal insanın 100 illik yubileyinin qeyd edilməsi istiqamətində Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən silsilə tədbirlər bu gün də yüksək coşqu ilə davam etdirilməkdədir. 

Mayın 4-də Azərbaycan Respublikası Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin rəhbər və üzvləri, şəhid ataları, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin rəhbər və əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin, Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri, Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdir və əməkdaşları, körpə fidanları Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ulu Öndərin abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olub, filmlərə və kitab sərgisinə baxıblar.  



Facebook-da paylaş