“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir
Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.
Aprelin 28-də keçirilən növbəti dərsdə Qazax rayon Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbin tarix müəllimi Raya Mustafayeva və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Bugünkü dərs “Müstəqilliyimiz əbədidir” mövzusunda olub. Raya Mustafayeva müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi dövlət quruculuğunun inkişafı, güclü vətəndaş cəmiyyətinin formalaşması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu və misilsiz xidmətləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu uğurlar məhz dahi şəxsiyyətin səmərəli fəaliyyəti sayəsində mümkün olmuş, Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamışdır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətininin nəticəsidir ki, Azərbaycan öz müstəqilliyini əbədi və dönməz etdi. Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qalib və güclü dövlət kimi uğurlara, nailiyyətlərə imza ataraq dünya dövlətləri arasında öz layiqli yerini tutub.
Dərsdə şagirdlərdən Çinarə Abdıyeva, Həsən Rəcəbov, Hüseyn Bənnalı sual-cavabda fəal iştirak edərək seçiliblər.
Facebook-da paylaş