“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” mövzusunda dərslərin keçirilməsi davam edir
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar rayonun orta məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” mövzusunda dərslərin keçirilməsi davam edir.
Növbəti dərs aprelin 5-də Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin VII sinif şagirdlərinin iştirakı ilə baş tutub.
Dərsdə məktəbin direktoru Şəhla Bayramova, rus dili müəllimi Mətanət İsmayılova və Mərkəzin əməkdaşları iştirak ediblər.
Bugünkü dərs “Heydər Əliyev - Azərbaycançılıq məfkurəsinin banisi” mövzusunda olub. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova xalqımızın böyük oğlu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Müəllifi Heydər Əliyev olan Azərbaycançılıq məfkurəsinin dövlətçiliyin daha da inkişafında əhəmiyyətindən danışıb. C.Hüseynova bildirib ki, Azərbaycançılıq - xalqımızın ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini, sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb. Mövzu ətrafında aparılan ümumi sual-cavabda Nuray Qurbanlı, Hüseyin Sadıqov fərqləniblər.
Facebook-da paylaş