• Təqvim

  • Maraq



“Heydər Əliyev İli” çərçivəsində “Əbədiyaşar lider” başlıqlı kitab sərgisi və film nümayişi təşkil edilib


Martın 15-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə adı çəkilən səhiyyə ocağında dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin mərhələlərini özündə əks etdirən “Əbədiyaşar lider” başlıqlı kitab sərgisi və film nümayişi təşkil edilib. 

İlk olaraq Ulu Öndər Heydər Əliyevin Müalicə Diaqnostika Mərkəzində yaradılmış xatirə guşəsi ziyarət edilib, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



“Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. K.Ibrahimov bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi müstəqillik tariximizin şanlı inkişaf yolunun və bu yolun daha böyük sabahlara doğru inkişaf proqramının müəllifi dahi insan Heydər Əliyevin nəsillərə nümunə olan həyatının təntənəsi ilidir. K.İbrahimov Ulu Öndərin digər sahələr kimi səhiyyə sahəsinə də göstərdiyi diqqət və qayğıdan, səhiyyənin inkişafı üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Bildirib ki, məhz Heydər Əliyevin Azərbaycana hər iki rəhbərlik dövründə ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə tibb ocaqlarının, sağlamlıq mərkəzlərinin, müalicə-profilaktika müəssisələrinin sayı və keyfiyyəti yüksəlib, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə respublikada həkim kadrların təkmilləşməsi üçün  elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırılıb, şəxsən Heydər Əliyevin təşəbbüsü ilə ölkənin tibb elmi, tibb sənayesi və bütövlükdə səhiyyə sisteminin elmi-texniki tərəqqisi sürətlənib.  


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Qazax Müalicə Diaqnostika Mərkəzi ilə keçirilən bu cür tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, müasir dövlətçilik tariximizin formalaşmasında və inkişafında misilsiz xidmətləri olan xalqımızın böyük oğlu Heydər Əliyev bütöv bir tarixi mərhələnin yaradıcısıdır və bu baxımdan dahi siyasətçi Heydər Əliyevin mənalı həyatı, onun ibrətamiz siyasi fəaliyyəti hər zaman öyrənilməli, təbliğ edilməlidir. Heydər Əliyevin yaşayan və yaşadan ideyaları hər birimiz üçün əvəzsiz nümunədir. Çünki dahi insanın bütün həyatı, taleyi öz Vətəninin və xalqının tərəqqisinə həsr olunub. C.Hüseynova  sərgidə nümayiş etdirilən kitablar, jurnallar, dahi şəxsiyyətin Qazax səfərlərini əks etdirən foto-albomlarlar, siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlərin surətləri haqqında məlumat verib. Ulu Öndərin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Sərgi və film günün sonuna kimi nümayiş etdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş