Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərs “Xalqın xilaskarı” mövzusunda olub
Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.
Fevralın 27-də keçirilən növbəti dərsdə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin tarix müəllimi Ruhiyə Mustafayeva və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Bugünkü dərs “Xalqın xilaskarı” mövzusunda olub. Ruhiyə Mustafayeva Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli Lideridir. Öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinə görə Azərbaycan tarixinin şanlı səhifələrinə adı qızıl hərflərlə yazılmışdır. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul etmiş, ölkəsinə və xalqına sədaqətlə xidmət etmişdir. Məhz Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan inamla müstəqillik yollarında addımlamış, bugünkü zirvəsinə yüksəlmişdir.
Dərsdə şagirdlərdən Günəş Aslanova, Elmira Həşimova, Nərmin Nəbiyeva, Cavad Məmmədli sual-cavabda fəal iştirak edərək seçiliblər.
Facebook-da paylaş