• Təqvim

  • Maraq



“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayonun orta ümumtəhsil məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir. 

Növbəti  dərs  fevralın 21-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdlərinin iştirakı ilə keçirilib. 

Dərsdə məktəbin direktor m

üavini Gülnar Məmmədova, coğrafiya müəllimi Tahirə Vəliyeva və Mərkəzin əməkdaşları iştirak ediblər. 


Bugünkü dərs “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda olub. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycanda milli-mənəvi dəyərlərin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın qorunması istiqamətində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, hər zaman mədəniyyəti xalqın böyük sərvəti hesab edən dahi şəxsiyyət bu sahənin inkişafını sovetlər dövründə də, müstəqillik illərində də hər zaman diqqətdə saxlamış, mədəniyyətin banisi və himayədarı kimi fəaliyyətinin əsas istiqamətini mədəniyyətin inkişafına yönəltmişdir. 1993-cü ildə ölkə təhlükə ilə üz-üzə qalanda Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə dövlətçilik, müstəqillik ilə bərabər tənəzzülə məhkum olan mədəniyyətimiz də öz qurtuluşuna qovuşdu. Siyasi uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycan xalqının milli mədəniyyətinin, onun tarixi qaynaqlarının, tarixi şəxsiyyətlərinin zaman-zaman yaşaması üçün böyük işlərə başladı.

Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb. Mövzu ətrafında aparılan ümumi sual-cavabda şagirdlərdən Mehmet İsmayılov fərqlənib.




Facebook-da paylaş