Bugünkü dərs “Azərbaycanın iqtisadi yüksəlişi” mövzusunda olub
Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.
Fevralın 9-da keçirilən növbəti dərsdə Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin tarix müəllimi Əli Hüseynov və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Bugünkü dərs “Azərbaycanın iqtisadi yüksəlişi” mövzusunda olub. Əli Hüseynov Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasi fəaliyyətindən, Azərbaycanın demokratik inkişaf yolunda atdığı addımlardan və neft sənayesinin inkişafında əvəzsiz xidmətlərindən ətraflı danışıb. Bildirib ki, görkəmli siyasətçi Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsi, respublikanın neft sənayesinin bərpası və inkişafı, iqtisadi yüksəlişi üçün tədbirlər görməsidir. İmzalanmış çoxsaylı neft müqavilələri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına, beynəlxalq aləmdə mövqeyinin təmin olunmasına, eləcə də ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.
Dərsdə şagirdlərdən Sənubər Qasımova, Turanə Hüseynova, Əsmər Cəfərzadə, Dilarə Orucova sual-cavabda fəal iştirak edərək seçiliblər.
Facebook-da paylaş