Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Yanvarın 31-də Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, təhsil, səhiyyə sahəsində çalışan gənc həkim və müəllimlər, Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru və əməkdaşları, YAP-nın Qazax Rayon Mədəniyyət İşçiləri Ərazi ilk Partiya Təşkilatının gənc partiya fəalları, Mərkəzin əməkdaşları iştirak ediblər.
İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra dahi siyasətçi Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin əsasının qoyulması istiqamətində əvəzsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını salamlayıb, 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, dövlətimizin müstəqilliyi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. C.Hüseynova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncliyinə diqqətin göstərilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, müstəqilliyin ilk illərində gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmaq belə mümkün deyildi. Gənclərimiz üçün olduqca ağır təlatümlü gərgin dövrlər idi. Lakin Ümummilli Lider Heydər Əliyevin təhbərliyi ilə gənclərin qarşısında duran problemlər, onların həlli yolu da dəyişdi. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən Fərman və Sərəncamlar, Dövlət Proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunmasına böyük imkanlar yaratdı.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Acil Bölməsində həkim Nəzrin Əliyeva çıxış edərək gənclərin cəmiyyətin bütün sahələrində iştirakının təmin edilməsinin vacib məsələlərdən biri olduğunu qeyd edib. Bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə dünyagörüşlü yeni Azərbaycan gəncliyi yetişib. Həmçinin, Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, ölkənin səhiyyə sistemində ardıcıl islahatlar aparılıb.
Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibə Məmmədli çıxış edərək Ulu Öndərin təhsilin inkişafına yüksək diqqətlə yanaşmasından danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev gənc nəslin təhsil alaraq biliklərə əzmlə yiyələnməsini, gənclərin bilik və intellektual səviyyəsinin yüksəldilməsini, onların gələcəkdə ixtisaslı kadr kimi yetişməsini vacib sayırdı. Ölkəmizdə təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində müstəqil Azərbaycan təhsili intellektual səviyyəsinə yüksəlmişdir.
Qazax Rayon MKS-nin direktoru Fəridə Xudiyeva çıxış edərək Heydər Əliyevin hər zaman gənclərə böyük ümid bəsləməsindən danışıb. Qeyd edib ki, Dahi şəxsiyyət gənclərin imkan və bacarıqlarını həmişə yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirib. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişaf etməsində mühüm rol oynayır. Bu gün Azərbaycanda sağlam, vətənpərvər gənclər yetişir. Onlar bütün sahələrdə uğurlu nailiyyətlər əldə edir.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Aybəniz Məmmədova və Aytac Məmmədova çıxış edərək bildiriblər ki, Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər. Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Facebook-da paylaş