• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərs keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonun orta ümumtəhsil məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir. 

Növbəti dərs yanvarın 27-də Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. 

Dərsdə məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Günay Əsgərova, riyaziyyat və informatika müəllimi Könül Abdullayeva, Mərkəzin əməkdaşları iştirak ediblər. 

Bugünkü dərs “Əbədiyaşarlıq rəmzi” mövzusunda olub. 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva misilsiz xidmətləri ilə öz xalqının və dövlətinin ən çətin anlarında yanında olan görkəmli şəxsiyyət və qüdrətli dövlət xadimi Heydər Əliyevin iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə rəhbərlik etməsindən və hər iki mərhələdə Azərbaycanın möhkəmlənməsinə, tərəqqisinə çalışmasından, xalqın mənafeyini hər zaman üstün tutmasından bəhs edib. Zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi xidmətlərindən danışıb. 

Dərs müvəffəqiyyətlə həyata keçirilib. Dərsin sonunda mövzu ətrafında sual-cavab aparılıb və şagirdlər fəallıq nümayiş etdiriblər.



Facebook-da paylaş