• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində növbəti tarix dərsi keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda  keçirilən tarix dərsləri davam edir.

Növbəti dərs yanvarın 25-də Qazax Rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin tarix müəllimi Gülnar Xəmmədzadə və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.

Bugünkü dərs “Tarix yaradan şəxsiyyət” mövzusunda olub. Gülnar Xəmmədzadə Ulu Öndər Heydər Əliyevin milli maraqların təmin edilməsi və milli dövlətçiliyin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasi fəaliyyətindən, Azərbaycanın ictiami-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ölkəmizin böyük uğurlar qazanmasından bəhs edib. Bildirib ki, dahi şəxsiyyətin siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində Azərbaycanın dövlətçiliyi möhkəmləndi, müstəqilliyi əbədiləşdi. Dahi rəhbər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, keçdiyi ömür yolu indiki və gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın böhrandan çıxarılması, vətəndaş müharibəsinin qarşısının alınması, müstəqil dövlətin qurulması, inkişaf etdirilməsi, demokratik bir respublika kimi fəaliyyət göstərməsinə yalnız Heydər Əliyev şəxsiyyəti qadir idi.

Dərsdə şagirdlərdən Sevinc Vəliyeva, Mahirə Nəsibova, Aysu Vəliyeva sual-cavabda  fəal iştirak edərək seçiliblər.



Facebook-da paylaş