• Təqvim

  • Maraq



20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Qanla yazılmış tarix" adlı tədbir təşkil edilib


20 Yanvar Ümumxalq Hüzn Günü - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tariximizə qanla yazılmış şanlı bir tarixdir. Xalqımızın heç vaxt unutmayacağı, həm də qürurla xatırlayacağı həmin tarixi günü gələcək nəsillərə çatdırmaq vətəndaş olaraq hər birimizin üzərinə düşən ən ümdə vəzifədir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. 

Yanvarın 18-də Qazax Rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Qanla yazılmış tarix" adlı tədbir təşkil edilib.  

Mədəniyyət Mərkəzinin foyesində Qazax Dövlət Rəsm Qalereyasının və Mərkəzi Kitabxananın 20 Yanvara həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirilib. Tədbir  iştirakçıları səgilərə baxış keçiriblər.


Tədbir 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.


Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin xalqımıza qarşı törədilmiş bəşəri cinayət olduğunu qeyd edib. Bu faciənin xalqımızın həyatında böyük hüzn günü olmaqla yanaşı, həm də qürur günü və tarixi qəhrəmanlıq nümunəsi olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin faciənin səhəri günü bütün maneələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdığını, məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsinin öz siyasi-hüquqi qiymətini aldığını vurğulayıb. 

Tədbirdə 20 Yanvar həqiqətlərini əks etdirən slayd və videoçarx, ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlərin ifasında 20 Yanvara həsr olunmuş şeirlər səsləndirilib. Musiqiçilərin ifasında həzin musiqi nömrələri ifa olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş