“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.
Yanvarın 10-da keçirilən növbəti dərsdə Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin tarix müəllimi Arzu Bağırova və məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər.
Bugünkü dərs “Müasir Azərbaycanın qurucusu” mövzusunda olub. Arzu Bağırova şagirdlərə Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş böyük tarixi şəxsiyyət Heydər Əliyevin milli mənafeyə əsaslanan dövlət siyasətindən, xalqın rifahının və həyat tərzinin yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan bəhs edib. Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda qəbul etdiyi qərarlardan danışıb. Dərsdə şagirdlərdən Fərhad Süleymanlı, Ruhin Xasməmmədov, Aqil Əsgərov sual- cavabda fəal iştirak edərək seçiliblər.
Facebook-da paylaş