“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir
2022-2023-cü tədris ili ərzində Qazax Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.
Noyabrın 28-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin və Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirak etdiyi növbəti dərsdə Ulu Öndərin həyatından, siyasi fəaliyyətindən geniş bəhs edilib.
“Demokratik dövlət quruculuğu” və “Azərbaycan KP MK-nin birinci katibi (1969-1982)” mövzularında keçirilən dərslərdə Azərbaycanın müasir, demokratik, hüquqi dövlətə çevrilməsi uğrunda Ulu Öndər Heydər Əliyevin ardıcıl və qətiyyətli fəaliyyətindən söz açılıb.
Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Şəbnəm Ləzgiyeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatda islahatlar aparmaq, respublikanın sənaye və kənd təsərrüfatını yüksək səviyyə qaldırmaq, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək üçün həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər barədə geniş məlumat verib.
Dərsdə şagirdlərdən Ömər Mərdəliyev, Murad Əhmədli, Nihat Əzizov, Fəxri Sanıyev Gülçin Hüseynova, Səid Gəncəli, Nadir İbrahimov, Aydan Məmmədova fəal iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində keçirilən dərslərin əhəmiyyətini qeyd edərək fəal iştiraklarına görə məktəblilərə razılığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş