• Təqvim

  • Maraq



“Əvəzolunmaz Lider” mövzusunda mühazirə oxunub


Aprelin 29-da Qazax Rayon Heydər Əliyev Mərkəzində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalarda Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Qazax Rayon Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbin, Qazax Rayon Aslanbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik dahi insan Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan bəhs edən film nümayiş etdirilib. "Əvəzolunmaz Lider” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər muzeyi ekskursiya edərək Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.


















 

GOYEZEN.AZ



Facebook-da paylaş