• Təqvim

  • Maraq



Bugünkü ziyarətdə gənclərə “Böyük xilaskar” mövzusunda mühazirə oxunub


Aprelin 22-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycançılıq məfkurəsinin banisi, yeni Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalar bu gün də davam edib.

Bugünkü ekskursiyalarda Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin və Qazax rayon Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbin  müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın haqq səsinin bütün dünyaya yayılması, beynəlxalq aləmdə nüfuzunun artması uğrunda dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə həsr edilmiş film nümayiş etdirilib. "Böyük xilaskar” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər muzeyi ekskursiya ediblər, Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.












GOYEZEN.AZ



Facebook-da paylaş