• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalar davam etdirilir


Qazax Rayon Heydər Əliyev Mərkəzində XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalar davam etdirilir.

Aprelin 19-da keçirilmiş növbəti ekskursiyada Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. "Müstəqilliyə aparan yol” mövzusunda mühazirə oxunub.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Allahverdiyev Nəsir Əmrah oğlu mühazirədən sonra diskusiyada fərqlənmış Ulu Öndər haqqında öz fikirlərini bildirib. Məktəbin təşkilatçı müavini Gülnar Əmrahova çıxış edərək bu cür ekskursiyaların təşkil edilməsinin müasir tariximizin və tarixi şəxsiyyətlərimizin gənc nəsilə, şagirdlərə təbliğ edilməsində əhəmiyyətli rolu olduğunu qeyd edib.

Sonra ziyarətçilər muzeyi ekskursiya edərək fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.















GOYEZEN.AZ



Facebook-da paylaş