Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzində filmlər nümayiş olunur və mühazirələr oxunur
15 aprel 2022-ci
il tarixdən Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar siyasi bacarığı
sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açan, şəxsiyyəti və əzəmətli
ideyaları üzərində müstəqil dövlət qurulan, milli dirçəlişimizin banisi Heydər
Əliyevin siyasi fəaliyyətini özündə əks etdirən filmlər nümayiş olunur və mühazirələr
oxunur. Aprelin 18-də keçirilmiş
növbəti ekskursiyada Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Dövlət Universitetinin
Qazax filialının tələbələri və Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam
orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Ziyarətçilərə müstəqilliyimizin
əsasını qoymuş və onu əbədi, dönməz etmiş Ulu Öndər Heydər
Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. "Müstəqilliyə
aparan yol” mövzusunda mühazirə oxunub. Sonra ziyarətçilər
fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş