Əsas Səhifə > Mədəniyyət > Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzində filmlər nümayiş olunur və mühazirələr oxunur

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzində filmlər nümayiş olunur və mühazirələr oxunur


18-04-2022, 22:37


15 aprel 2022-ci il tarixdən Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açan, şəxsiyyəti və əzəmətli ideyaları üzərində müstəqil dövlət qurulan, milli dirçəlişimizin banisi Heydər Əliyevin siyasi fəaliyyətini özündə əks etdirən filmlər nümayiş olunur və mühazirələr oxunur.

Aprelin 18-də keçirilmiş növbəti ekskursiyada Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə müstəqilliyimizin əsasını qoymuş və onu əbədi, dönməz etmiş Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. "Müstəqilliyə aparan yol” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.





 

GOYEZEN.AZ


Geri qayıt