• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan və yaradan lider” mövzusunda silsilə ekskursiyalara start verilib


Aprelin 15-dən Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin keçdiyi şərəf yolunu, zəngin siyasi fəaliyyətini və böyük irsini gənc nəsillərə təbliğ etmək məqsədilə "Tarix yazan və yaradan lider” mövzusunda silsilə ekskursiyalara start verilib.  

Ekskursiyalarda dahi şəxsiyyətin mənalı həyatının və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini özündə əks etdirən filmlərin nümayişi və mühazirələrin oxunması nəzərdə tutulur.

Bu gün həyata keçirilən ilk ekskursiyada Qazax Dövlət Sosial-İqtisadi Kollecinin və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak ediblər.

Ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. "Heydər Əliyevin uşaqlıq və təhsil illəri” mövzusunda mühazirə oxunub.

Filialın Tarix fakültəsinin III kurs tələbəsi Gülaya Rüstəmzadə çıxış edərək dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyi və inkişafında əvəzsiz xidmətlərindən danışıb, müstəqil və qalib bir dövlətin gənci olduğu üçün qürur duyduğunu bildirib.







 

GOYEZEN.AZ



Facebook-da paylaş