Heydər Əliyevin mirası – müstəqil, çiçəklənən Azərbaycan
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Açıq qapı” günləri artıq bir həftədir ki, davam edir.
“Açıq qapı” günlərinin iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.
Sonra mərkəzdə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələri dinləyir, Heydər Əliyevin Azərbaycan xalqının və ölkəmizin müstəqilliyə qovuşması uğrunda xidmətlərini özündə əks etdirən filmlərə baxır, kitab və jurnallardan ibarət sərgi ilə tanış olurlar.
İstər dinlənilən mühazirələrdə, istərsə də nümayiş olunan filmlərdə dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində ölçüyəgəlməz xidmətlərinin ulu öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmasından söz açılır. Ümummilli lider Heydər Əliyevin əzəmətli şəxsiyyəti, ulu rəhbərin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bugünün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbi olması qeyd olunur.
Bu gün ölkəmizin hüdudlarında dillər əzbəri olan “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsinin dövrün reallığını əks etdirən danılmaz həyat həqiqəti olması və Respublika Prezidenti İlham Əliyevin bütün sahələrdə ümummilli liderin siyasi kursunu uğurla davam etdirməsi, ölkəmizin yeni-yeni nailiyyətlərə imza atması, Heydər Əliyevin ideyalarının geçəkləşməsi vurğulanır.

GOYEZEN.AZ
Facebook-da paylaş