Heydər Əliyev xalqımız yaşadıqca yaşayacaqdır
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Açıq qapı” günləri bu gün də davam edib.
Artıq 6 gündür ki, “Açıq qapı” günlərinin iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.
Sonra mərkəzdə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələri dinləyir, Heydər Əliyevin Azərbaycan xalqının və ölkəmizin müstəqilliyə qovuşması uğrunda xidmətlərini özündə əks etdirən filmlərə baxır, kitab və jurnallardan ibarət sərgi ilə tanış olurlar.
İstər dinlənilən mühazirələrdə, istərsə də nümayiş olunan filmlərdə ulu öndərin mənalı həyat yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və Azərbaycan dövlətinin bərqərar olması və inkişafı naminə gördüyü möhtəşəm işlər qeyd olunur. Heydər Əliyev duhasının, onun xalqımız qarşısındakı xidmətlərindən, xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərdən söz açılır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə ümummilli liderin siyasi kursunu uğurla davam etdirməsi, ölkəmizin yeni-yeni nailiyyətlərə imza atması, Heydər Əliyevin ideyalarının geçəkləşməsi vurğulanır.
Müasir Azərbaycan dövlətçiliyinin banisi olan ulu öndər Heydər Əliyevin Azərbaycan naminə etdikləri xidmətləri çatdırrmaq məqsədilə təşkil olunan “Açıq qapı” günləri mayın 10-a kimi davam edəcəkdir.

GOYEZEN.AZ
Facebook-da paylaş