• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar növbəti ekskursiya təşkil edilib


Aprelin 20-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar növbəti ekskursiya təşkil edilib.

Bugünkü ekskursiyalarda Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Bakı Dövlət Universitetiin Qazax filialının tələbələri və Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə dahi şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyyəti və misilsiz xidmətlərindən bəhs edən film nümayiş etdirilib. "Ömür yolu” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər muzeyi ekskursiya edib, ömür yolunu Azərbaycan dövlətinin tərəqqisinə və xalqın rifahına həsr edən Ulu Öndərə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.












GOYEZEN.AZ



Facebook-da paylaş