• Təqvim

  • Maraq



Bugünkü ekskursiyada gənclərə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Böyük xilaskar” mövzusunda mühazirə oxunub


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlətçilik tarixinin böyük şəxsiyyətlərindən olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalar davam etdirilir.

Aprelin 21-də təşkil olunmuş ekskursiyalarda Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri və Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yoluna, zəngin dövlətçilik və parlaq siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib. "Böyük xilaskar” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər muzeyi ekskursiya edib, Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.
















GOYEZEN.AZ



Facebook-da paylaş