• Təqvim

  • Maraq



Bugünkü ekskursiyada “Dahi şəxsiyyət ömrü” mövzusunda mühazirə oxunub


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan dövlətinin qurucusu, dünya miqyaslı ictimai-siyasi xadimHeydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalar bu gün də davam edib. Bugünkü ekskursiyalarda Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolundan bəhs edən film nümayiş etdirilib. "Dahi şəxsiyyət ömrü” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər muzeyi ekskursiya ediblər,  Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.













GOYEZEN.AZ



Facebook-da paylaş