• Təqvim

  • Maraq



Gənclərə “Müstəqilliyə aparan yol” mövzusunda mühazirə oxunub


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş ekskursiyalar davam etdirilir.

Aprelin 25-də təşkil olunmuş ekskursiyalarda Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri, Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin  müəllim və şagirdləri iştirak ediblər.  

Ziyarətçilərə zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı ilə fərqlənən Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. "Müstəqilliyə aparan yol” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər muzeyi ekskursiya edibər, Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.

Qazax Rayon Əli Əhmədov adına ümumi orta məktəbin tarix müəllimi Aygün Musayeva  müasir Azərbaycan tarixində parlaq və silinməz iz qoymuş dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.

VII sinif şagirdi Tapdıq Tanrıverdiyev Ulu Öndər haqqında öz fikirlərini bildirərək dahi şəxsiyyətə həsr olunmuş şeir söyləyib.






 

GOYEZEN.AZ



Facebook-da paylaş