• Təqvim

  • Maraq



“Müstəqil Azərbaycanın memarı” mövzusunda növbəti mühazirə oxunub


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanda demokratik dövlət quruculuğunun memarı Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin təbliği məqsədilə keçirilən ekskursiyalar davam etdirilir.

Aprelin 28-də keçirilən növbəti ekskursiyalarda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və Qazax Rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarətçilərə Vətənini hədsiz dərəcədə sevən, xalqına və millətinə böyük sevgi və hörmətlə yanaşan, xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. "Müstəqil Azərbaycanın memarı” mövzusunda mühazirə oxunub.

Sonra ziyarətçilər fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.


















 

GOYEZEN.AZ



Facebook-da paylaş