• Təqvim

  • Maraq



“Heydər Əliyev fenomeni” mövzusunda növbəti mühazirə oxunub


Qazax Rayon Heydər Əliyev Mərkəzində zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təşkil edilmiş  ekskursiyalar davam etdirilir.

Aprelin 27-də təşkil olunmuş ekskursiyaların bugünkü iştirakçıları Qazax Dövlət Sosial- İqtisadi Kollecin, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və Qazax Rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin müəllim və şagirdləri olub. Ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin keçdiyi şanlı həyat yolu və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

"Heydər Əliyev fenomeni” mövzusunda mühazirə oxunub. Qazax Rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin coğrafiya  müəllimi Sahibə Qocayeva çıxış edərək Ulu Öndərin Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçir­diyi uğurlu siyasətin gələcək nəsillərə olduğu kimi çatdırılması, Heydər Əliyev irsinin təbliğ olunması, şagirdlərin vətənpərvərlik, mərdlik kimi xüsusiyyətlərinin formalaşdırılması üçün bu cür ekskursiyaların böyük rolu olduğunu vurğulayıb.

Sonra ziyarətçilər muzeyi ekskursiya edərək fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.













 

GOYEZEN.AZ



Facebook-da paylaş