Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları
iyulun
13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun
qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz
Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət ediblər. Mərkəzin əməkdaşları şəhidin məzarı üzərinə tər qərənfillər
düzərək ruhuna dualar oxuyublar. Sonra şəhid Namiq Əhmədovun ata ocağına gələrək
onun ailəsi ilə həmsöhbət olub, Mərkəzin kollektivi adından şəhidin yaxınlarına
bir daha dərin hüznlə başsağlığı veriblər. Mərkəzin əməkdaşları 2019-cu il martın 26-da Ermənistan
silahlı qüvvələri tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində
cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan Ordusunun hərbi
qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun məzarını
da ziyarət edib, məzarı üzərinə qərənfillər düzüb, şəhidimizə olan
ehtiramlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş