İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid mayor Namiq Əhmədovun ailəsinə baş çəkiblər
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən həmyerlimiz Yuxarı Salahlı kənd sakini, hərbçimiz mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev şəhidin ata ocağında ailəsinə baş çəkiblər. Şəhidin atası Hajan Əhmədovla görüşüb, bir daha başsağlığı veriblər. Bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş