İyulun 13-dən 14-nə keçən gecə və
səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən həmyerlimiz
Yuxarı Salahlı kənd sakini, hərbçimiz mayor
Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov, Rayon Prokuroru Rauf Gözəlov,
Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət
Musayev şəhidin ata ocağında ailəsinə baş çəkiblər. Şəhidin
atası Hajan Əhmədovla görüşüb, bir
daha başsağlığı veriblər. Bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin də
hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid
atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan
rəhmət diləyib.
GOYEZEN.AZ
Geri qayıt
|