Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər


29-07-2020, 23:29


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət ediblər.

Mərkəzin əməkdaşları şəhidin məzarı üzərinə tər qərənfillər düzərək ruhuna dualar oxuyublar.

Sonra şəhid Namiq Əhmədovun ata ocağına gələrək onun ailəsi ilə həmsöhbət olub, Mərkəzin kollektivi adından şəhidin yaxınlarına bir daha dərin hüznlə başsağlığı  veriblər.

Mərkəzin əməkdaşları 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun məzarını da ziyarət edib, məzarı üzərinə qərənfillər düzüb, şəhidimizə olan ehtiramlarını bildiriblər.


 

GOYEZEN.AZ


Geri qayıt