Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn şeir müsabiqəsinin qalibləri təltif olunublar
Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixinə
Milli Qurtuluş Günü kimi yazılmış 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn
şeir müsabiqəsinin qalibləri bəlli olub. 1 iyun 2020-ci il tarixdən başlanılan müsabiqədə Qazax rayon
məktəbliləri fəal iştirak edərək, xalqımızın Qurtuluş mübarizəsinin qalibi - ulu
öndər Heydər Əliyevə və Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər. Müsabiqə
iştirakçılarının qiymətləndirilməsi və seçilməsi üçün yaradılan beş nəfərdən
ibarət münsiflər heyəti şagirdləri dinləyib və qalibləri müəyyən ediblər. Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VIII
sinif şagirdi Camalova Sədaqət Xəyal qızı I yerə, Şəmistan Şahvələdov adına
Xanlıqlar kənd tam orta məktəbin VIII sinif şagirdi Bənnayeva Aysu Məmməd qızı
II yerə, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin II sinif şagirdi
Məmmədova Ayan Azər qızı III yerə layiq görülüblər. Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində onlayn şeir müsabiqəsinə
yekun vurularaq müsabiqə iştirakçılarının mükafatlandırılması təşkil edilib.
Mərkəzin ekspozisiya zalında Münsiflər heyətinin üzvləri MİHİ Qazax rayon
Komitəsinin sədri İsgəndər Qurbanov və Q.Hacımahmudova adına şəhər ümumi orta
məktəbin direktoru Yeganə Göyüşlü müsabiqədə I,II,III yerə layiq görülmüş
iştirakçılara Fəxri Fərman və hədiyyə təqdim ediblər. Sonda qaliblər
şeirlərini bir daha söyləyiblər. Həmçinin müsabiqədə fəal iştirak edən digər
məktəblilərə də Fəxri Fərmanlar təqdim olunub. Onu da qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə
tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl olunmaqla həyata keçirilib. Tədbirdə 10 nəfərdən artıq iştirakçı olmayıb,
iştirakçılar tibbi maska və əlcəklə təmin edilib, sosial məsafə gözlənilib. GOYEZEN.AZ
Facebook-da paylaş