• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə ulu öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz, xalqımızın azadlığını və müstəqilliyini əlindən ala bilməz.

Bu fikirlər Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
BDU-nun Qazax filialında Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor, Əməkdar elm xadimi Vüsət Əfəndiyev giriş sözü ilə çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətininin tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bu tarixi günün mühüm əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, 25 il əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan dövlətindəki idarəolunmaz vəziyyəti, xaos və hərc-mərcliyi görənlər qısa tarixi dövrdən sonra ölkəmizin belə bir yüksəliş dövrünə çata biləcəyini təsəvvür etməzdilər. Çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ağlı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi.

Bildirib ki, ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi.

Ümummilli liderin xilaskarlıq missiyasından danışan V.Əfəndiyev Heydər Əliyevin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. Bu gün ulu öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

İctimai və təbiət fənləri kafedrasının müəllimlərindən Zeynəb Mustafayeva “Qurtuluşdan tərəqqiyə-25 il”, Ülviyyə Bayramova “Qurtuluş gününə aparan yol”, tələbələrdən Zeynəb Ələkbərova “Heydər Əliyevin xilaskarlıq missiyası” mövzularında çıxış edərək 25 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açıb, o zaman müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsinin yarandığını qeyd ediblər. Bildiriblər ki, ümummilli lider Heydər Əliyev xalqı bu bəladan xilas etdi və möhkəm sütunlar üzərində müstəqil Azərbaycan dövlətini qurdu. Qeyd ediblər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.

BDU-nun Qazax filialında Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş