• Təqvim

  • Unutma

  • Maraq



“XX əsrin Azərbaycanlı fenomeni” adlı "Açıq dərs” keçirilib

Dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin təbliğ olunması məqsədilə Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə noyabr-dekabr aylarını əhatə edən "Heydər Əliyev məktəbi” adlı layihə uğurla davam etdirilir. Layihə çərçivəsində təşkil olunan "Açıq dərs”lərdə rayon məktəblərinin yuxarı sinif şagirdləri iştirak edir.

Bugünkü "Açıq dərs”in iştirakçıları isə Canalı kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri olub. Məktəblilər əvvəlcə Mərkəzin qarşısında Ulu Öndərin anım günü ilə əlaqədar "Açıq qapı” günləri üçün təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. Sonra şagirdlərə Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən eksponatlarla zəngin olan ekspozisiya zalı barədə məlumat verilib.

Daha sonra məktəbin tarix müəllimiSabir Salifov tərəfindən oxunan "XX əsrin Azərbaycanlı fenomeni” adlı mühazirədə qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının lideri olmaqla bərabər, bütün dünyanın qəbul etdiyi, planetar səviyyəli siyasətçi idi. Heydər Əliyev böyük idarəçilik və zəngin dövlətçilik təcrübəsinə və yüksək təfəkkürə malik bir şəxsiyyət idi. Onu Ümummilli Lider səviyyəsinə qaldıran əsas cəhət isə Onun böyük, ölçüyəgəlməz xarizması idi.

Dərs mühazirədə əhatə olunan dövrləri özündə əks etdirən filmin nümayişi və muzeyin ekskursiyası ilə başa çatıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş