Qazax Rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikaha daxil olması artıq bir ənənə halını alıb
"Ailə xüsusi, mürəkkəb insan münasibətləri
aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin
mənafeyinə hörmət və ehtiram lazımdır”. Heydər Əliyev Ailə dövlətin tərkib hissəsi, cəmiyyətin təməl
daşıdır. Güclü dövlətin əsası sağlam ailədir, məhz buna görə də hər bir
dövlətin siyasətində Sağlam Ailə İnstitutları vacib amildir. Ulu Öndər hər
zaman Azərbaycan ailəsinin tarixi ənənələrə, mentalitetə sadiq qalmasını və
möhkəm təməllər üzərində qurulması üçün hər cür imkan və şəraitin yaradılmasını
təmin etmiş və bu işdə həmişə xalqa dəstək olmuşdur. Ailəni, ailə dəyərlərini
hər zaman yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətin
inkişafı ailənin möhkəmliyindən asılıdır. Bu baxımdan mənalı həyatı boyunca əsl
azərbaycanlı ailəsi kimi dünyaya nümunə olmuş, həm böyüdüyü, uşaqlığı keçmiş
ailədə, həm də özünün qurduğu ailədə ailə üzvlərinə hörmət, diqqət, qayğı ilə, Vətənə,
xalqa, dövlətə sədaqətlə xidməti ilə seçilmiş, bütün nəsillərə örnək olmuşdur.
Bu gün də dahi şəxsiyyətin ailə dəyərlərinə sadiqlik nümunəsi kimi ölkə Prezidenti
cənab İlham Əliyev və onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevanın
timsalında Azərbaycan ailə modeli dünyada vətənpərvərlik, adət-ənənələrə
sadiqlik nümunəsidir. Öz mənalı həyatı, möhkəm sütunlar üzərində qurduğu
ailəsi və öz dövlətinə, xalqına, Vətəninə hər zaman bəslədiyi yüksək hörmət və
məhəbbəti ilə gənclərin qəlbində əbədi çıraq yandırmış Heydər Əliyevin
şəxsiyyətinə hörmət, sevgi və ehtiram Qazaxda da hər zaman yüksəkdə tutulur.
Məhz bu ehtiramın əlaməti olaraq artıq bir neçə illərdir ki, Qazaxda Rayon Heydər
Əliyev Mərkəzinin və Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə yeni ailə
quran gənclər könüllü olaraq nikahlarını Ulu Öndərin adını daşıyan Mərkəzdə
qeydə aldırırlar. Və bununla da dahi liderə layiq möhkəm ailələrin təməlini
quracaqlarını bəyan etmiş olurlar. GOYEZEN.AZ
Facebook-da paylaş