Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikaha daxil olması artıq bir ənənə halını alıb

Qazax Rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikaha daxil olması artıq bir ənənə halını alıb


30-11-2019, 15:27


"Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”.

Heydər Əliyev

Ailə dövlətin tərkib hissəsi, cəmiyyətin təməl daşıdır. Güclü dövlətin əsası sağlam ailədir, məhz buna görə də hər bir dövlətin siyasətində Sağlam Ailə İnstitutları vacib amildir. Ulu Öndər hər zaman Azərbaycan ailəsinin tarixi ənənələrə, mentalitetə sadiq qalmasını və möhkəm təməllər üzərində qurulması üçün hər cür imkan və şəraitin yaradılmasını təmin etmiş və bu işdə həmişə xalqa dəstək olmuşdur. Ailəni, ailə dəyərlərini hər zaman yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətin inkişafı ailənin möhkəmliyindən asılıdır. Bu baxımdan mənalı həyatı boyunca əsl azərbaycanlı ailəsi kimi dünyaya nümunə olmuş, həm böyüdüyü, uşaqlığı keçmiş ailədə, həm də özünün qurduğu ailədə ailə üzvlərinə hörmət, diqqət, qayğı ilə, Vətənə, xalqa, dövlətə sədaqətlə xidməti ilə seçilmiş, bütün nəsillərə örnək olmuşdur. Bu gün də dahi şəxsiyyətin ailə dəyərlərinə sadiqlik nümunəsi kimi ölkə Prezidenti cənab İlham Əliyev və onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan ailə modeli dünyada vətənpərvərlik, adət-ənənələrə sadiqlik nümunəsidir.

Öz mənalı həyatı, möhkəm sütunlar üzərində qurduğu ailəsi və öz dövlətinə, xalqına, Vətəninə hər zaman bəslədiyi yüksək hörmət və məhəbbəti ilə gənclərin qəlbində əbədi çıraq yandırmış Heydər Əliyevin şəxsiyyətinə hörmət, sevgi və ehtiram Qazaxda da hər zaman yüksəkdə tutulur. Məhz bu ehtiramın əlaməti olaraq artıq bir neçə illərdir ki, Qazaxda Rayon Heydər Əliyev Mərkəzinin və Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə yeni ailə quran gənclər könüllü olaraq nikahlarını Ulu Öndərin adını daşıyan Mərkəzdə qeydə aldırırlar. Və bununla da dahi liderə layiq möhkəm ailələrin təməlini quracaqlarını bəyan etmiş olurlar.


GOYEZEN.AZ


Geri qayıt